Xortdan
İki qonşu bir gün bəhsə girdilər,
Biri bizim Həsən, biri də Cəfər.
Həsən dəm ir şişi götürüb dedi:
- Əgər bu dəmiri sən gecə vaxtı.
Bir m əzara yalqız sancıb gəlesən;
Nə istəsən verrəm, bu sən öləsən.
Cəfər kişiləndi, aldı dəmiri,
Həsən də göstərdi bir köhnə qəbri.
Axşam oldu, ay qaranlıq gecədə
Cəfər yola düşdü, şiş də bir əldə.
Aradı, aradı qəbrə yanaşdı,
Tələsik şişi də sağına sancdı.
Bilmədi, dəmiri çuxuya çaldı,
Getmək istəyəndə lap donub qaldı.
O qalxmaq istədi, dəmir sarıldı,
Xortdan xəyal edib zəhri yarıldı.
Kitabxana.az · https://kitabxana.az/works/cavad-xortdan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allaha yalvardım: “Ağ daş, qara daş,Yalqızlıq çətindir, bana bir qardaş!”
VətəndaşFəlakət qayğısı çəkər başına,Kim ki yardım etməz öz qardaşına.
Volqa aclarınaGəlir Şimaldan bir aclıq səsi,O bəxtsiz fəryadın yoxmu kimsəsi?
Y.P.OrbelianiAltun gəncliyimin dəyərli dostu,Ay gözəl Yelena, xanım Yelena!
Başqa şairlərin şeirləri · Ölüm
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
MaraqKüləklər harda yatır görəsən?Buludlar hardan yığır göz yaşını
Kənzül-həqayiq, fəsil 31بمیر ای بیخبر گر میتوانیبه مرگی کان به است از زندگانی
Driğa, dilbərim halım pərişan olduğun bilməzDriğa, dilbərim halım pərişan olduğun bilməz,Könül quşun əsiri-dami-hicran olduğun bilməz.