Vətəndaş
Fəlakət qayğısı çəkər başına,Kim ki yardım etməz öz qardaşına.Qonşuda göz yaşı və aclıq dərdi,Yardıma borcludur hər insan fərdi.
Sən bəkləmə hər şey fələkdən olsun!Çox olsun, az olsun, ürəkdən olsun!Sənin də qəlbində bir alov yansın,Sənin də borcun var, sən də insansan.
Çünki Volqa boyu nə var sənindir!O ас qalan, o insanlar sənindir!Düzülmüş yollara aclar karvanı,Karvanla bərabər ağlar, sənindir!
Yaxın gəl, yaxınsan, uzaqdan baxma,O göz yaşları ki axar, sənindir!Vətəndaş, şərik ol onun dərdinə,O göz ki yollara baxar, sənindir!
Kitabxana.az · https://kitabxana.az/works/cavad-vetendas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarımın sevdası gəzir başımda,Min səsli, sədalı telə bənzəyir!
Qəm, kədər çəkənə gün nə gərəkdirQəm, kədər çəkənə gün nə gərəkdir?Həqiqət sevənə xəyal nə lazım?
Sən güldükcə mən ağlaram, mən ağlaramSən güldükcə mən ağlaram, mən ağlaram!Sən susduqca mən çağlaram, mən çağlaram!
Dünyaya yas tutdum ürəyimdə mənDünyaya yas tutdum ürəyimdə mən,Axan göz yaşımı silən olmadı!
Başqa şairlərin şeirləri
Hər kəsin dəhrdə səntək, gözəlim, dilbəri var,Xoş onun halına, dünyada nə dərdi-səri var?!
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,