Hər kəsin dəhrdə səntək, gözəlim, dilbəri var
Hər kəsin dəhrdə səntək, gözəlim, dilbəri var,Xoş onun halına, dünyada nə dərdi-səri var?!
Qorxuram, naz ilə çox baxma, yaman göz çoxdur,Hər görən söyləyir həsrətlə: “Əcəb gözləri var!”
Düşün öz qədrini, aldatmaya biganə səni,Əlli yerdən, gözəlim, gözlərinə müştəri var.
Gözlərin bir yana, kirpiklərinə heyranəmKi, dəlir bağrımı hərdən, elə bil, neştəri var!
Bir dönüb baxmaq ilə aləmi zəncirə salır,O qara zülfünün, ey məh, nə yaman şəkəri var!
Böylə bir dami-bəladən necə qurtarmaq olur?Gözlərin tək, gözəlim, saçlarının rəhbəri var.
Vəslə yetcək nə üçün sirrini əğyarə dedin?İndi, Vahid, səni dindirməsə canan, yeri var!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-her-kesin-dehrde-sentek-gozelim-dilberi-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fələk salıbdı məni yüz cəfayə qürbətdə,Gərəkdi səbr eləmək hər bəlayə qürbətdə.
Nigara, aşiqin sənsiz qalıb avarə qürbətdəNigara, aşiqin sənsiz qalıb avarə qürbətdə,Necə gör hicrin etmişdir günümü qarə qürbətdə.
Keçdi min naz ilə ol dilbəri-məhparə beləKeçdi min naz ilə ol dilbəri-məhparə belə,Bir də dönsə, vuracaq sinəmə yüz yarə belə.
Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Gözəlim, el duyar axır, mənə az qaş-göz elə!Bir də aldanmaram, ölsəm də, vəfasız gözələ.
Başqa şairlərin şeirləri · Eşq
Olmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat