Üzündə busədən, ey gül, iki nişan yeri var
Üzündə busədən, ey gül, iki nişan yeri var;Birində qırmızılıqdır, birində qan yeri var.
Gözündə vardır ox atmaq, müjəndə qan tökmək,Qaşında səhv deyildir, desəm, kaman yeri var.
Saçın tutanda üzarə belə xəyal edirəm;Çəməndə bərgi-gül üstə qara duman yeri var.
Bəlayə salma məni, dərdü möhnətim çoxdur,Nə dildə tab qalıbdır, nə də tovan yeri var.
Vəfası olmasa da, yardan əl üzmə, könül!Gələr tərəhhümə bir gün, yenə güman yeri var.
Rəqibə həmdəm olub, dilbərim küsüb məndən,Belə güman edirəm, bəlkə bir uman yeri var?
Vəfalı söylədiyin çıxdı bivəfa axır,Sənin sözündə də, Vahid, bir az yalan yeri var!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-uzunde-buseden-ey-gul-iki-nisan-yeri-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Verməzdim əgər könlümü ol yarə, biləydim,Yar olmayacaqmış məni-naçarə, biləydim.
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim!O qarə gözlərinin can fədasıyam, gözəlim!
Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Ülfət etmək bu gözəllərlə xətamış, nə bilim!
Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bülbülasa imiş əfqan olacaqmış, nə bilim!
Başqa şairlərin şeirləri · Eşq
O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
ÜstünəNazlı yarın gül yanağı,Yaraşıbdı xal üstünə.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,