Fələk salıbdı məni yüz cəfayə qürbətdə
Fələk salıbdı məni yüz cəfayə qürbətdə,Gərəkdi səbr eləmək hər bəlayə qürbətdə.
Olubdu tirə günüm həsrətindən ol mahın,Gecə-gündüz gəlirəm ahu vayə qürbətdə.
Nedim, nə çarə qılım, olmuşam bəlayə düçar,Şikəstə dil qalıb həsrət dəvayə qürbətdə.
Həqiqi yoxdu mənə aşina, sora halım,Deyim bu dərdimi ol aşinayə qürbətdə.
Nə vaxtdır, mənə gəlməz o yardən namə,Varımdı, gər eləsəm min gilayə qürbətdə.
İlahi, könlünü şad et qəribi-bivətənin,Tüfeyli eyləmə mərdi gədayə qürbətdə.
Xudaya, Vahidi lütfünlə tez yetir Vətənə,Ki, yarisiz dözə bilməz cəfayə qürbətdə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-felek-salibdi-meni-yuz-cefaye-qurbetde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Köhnə dostumla gözəl bir gündə,Görüşərkən mayın on dördündə
Yanında dilbərimin etibarım olmasa daYanında dilbərimin etibarım olmasa da,Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.
Vardır indi, gözəlim, başqa məlahət BakıdaVardır indi, gözəlim, başqa məlahət Bakıda,Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.
Könüllər qan olur sənsiz güli-həmrayə baxdıqdaKönüllər qan olur sənsiz güli-həmrayə baxdıqda,Gözəllər yad edər xurşidi-ruyin ayə baxdıqda.
Başqa şairlərin şeirləri · İlahi eşq
Sadıq**Hikmət məclisində əyləşən alim,
Sirlər xəzinəsi, fəsil 5Bir gecə yarısında yarım günün ağasıCanını məş’əl edib qurdu işıq dünyası.
Mən Məhsətiyəm, hüsnümə yox tay, ortaqOlmuş mənə heyran o Xorasanla İraq.
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.