Keçib daim günüm meyxanələrdə
Keçib daim günüm meyxanələrdə,Yəqin bir sirr var peymanələrdə.
Nə bilsin yanmayanlar eşq odunda,Yanır, məqsəd nədir pərvanələrdə?
Riyakarın gözəldir, söhbətindən,O “nuş olsun” ki, var məstanələrdə.
Məni zənn etməyin Məcnundan əskik,Mən ondan yüksəyəm əfsanələrdə!
Kəməndi-zülfi-yarə mail olmaz,Əgər eşq olmasa divanələrdə.
Məni, fəqr əhliyəm, təhqir qılma,Neçün kim, gənc olur viranələrdə.
Sənin şerinlə, Vahid, nazəninlərDəmadəm zövq alır kaşanələrdə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-kecib-daim-gunum-meyxanelerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məh cəmalından, nigarim, əbri-zülfün qıl kənar,Çahi-zülmətdən tülu etsin gün, olsun aşikar.
Dövri-ruyində saçın hərb nizamində durarDövri-ruyində saçın hərb nizamində durar,Gözlərin mərdumi nəzmiyyə məqamində durar.
Heyf, bir bilmədin, ey gül, dili-zarımda nə var!Heyf, bir bilmədin, ey gül, dili-zarımda nə var!Eşqimin sirri nədir, eyləyə bilməm izhar.
Misli-zəncir keçib gərdənimə türreyi-yarMisli-zəncir keçib gərdənimə türreyi-yar,Mənə divanə deyir, cümlə xəlayiq nə ki var.
Başqa şairlərin şeirləri · Eşq
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.