Dün oldum zövqi-meydən eylə kim üftadə bir yerdə
Dün oldum zövqi-meydən eylə kim üftadə bir yerdə,Özüm bir yerdə düşdüm, məst qaldım, badə bir yerdə.
Büsati-meydə, söz yox ki, deyirlər, hal olur əmma,Ola gər badə bir yerdə, nigari-sadə bir yerdə.
Yenə, zahid, əqəllən bir səfa var süfreyi-meydə,Nə göstərmiş küdurətdən səva səccadə bir yerdə?
Alıbdır könlümü, heyrətdəyəm ki, gözlərin fikri,Necə bir seyd olub qismət iki səyyadə bir yerdə.
Əsiri mən kimi minlərlə var ol sərvi-rənanın,Nə bir dəm öldürür, nə eyləyir azadə bir yerdə.
Mənim ol dağlar ki, sinəmə ol lalərux çəkmişKi, hərgiz etməmiş Şirin onu Fərhadə bir yerdə.
Məqami-şənin istərsən, ucalsın, Vahid, aləmdə,Çalış, ta xidmət et təkmil olan ustadə bir yerdə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-dun-oldum-zovqi-meyden-eyle-kim-uftade-bir-yerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dilbəra! Atəşi-eşqin ilə suzanəm mən,Yanıram, rəhm elə, qoyma bu oda yanəm mən.
Ömrümü tükətdi bu zəmanə, ölürəm mənÖmrümü tükətdi bu zəmanə, ölürəm mən,Gəldim bu fəna dəhrdə canə, ölürəm mən.
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mənAşiq olalı zülfünə, ey gül, dəliyəm mən,Öldür məni, asudə elə, ölməliyəm mən.
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Yüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
HardadıMolla Kərim, indi səndən soruşum,Söylə, sənin din-imanın hardadı?