Mən aləmə minnət çəkirəm yar həvəsində,Yarımsa gəzir şövqlə əğyar həvəsində.

Bilməm, bu necə sirridir, hikmətdir, əzəldənBülbül gülə mail, gül olar xar həvəsində?

Mey oxşamasa ləblərinə qırmızılıqda,Bir kimsə tapılmaz meyi-gülnar həvəsində.Hər gün üzünü görməyə həsrət çəkir aləm,Gül fəsli olar el hamı gülzar həvəsində.

Bilməm, nə görüb zülfdə Məcnun kimi könlüm?Sərgəştədir ol türreyi-tərrar həvəsində.

Aşiq sevir ol şuxi, təəccüblü budur ki,Yüzlərlə gözəllər də onun var həvəsində.

Vahid! Yenə qiymət çoxalıb Yusifi-şerə,Gövhər satılır, olsa xiridar həvəsində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq