Dilbəra! Atəşi-eşqin ilə suzanəm mən
Dilbəra! Atəşi-eşqin ilə suzanəm mən,Yanıram, rəhm elə, qoyma bu oda yanəm mən.
Bağlayıbsan məni zənciri-səri-zülfün ilə,O səbəbdən belə divaneyi-dövranəm mən.
Rəhmə gəl, tökmə nahaq qanımı, öz aşiqinəm,Gecə-gündüz səri-kuyində nigəhbanəm mən.
Bir də gər kuyinə cənnət desəm, insan deyiləm,Ey cəfapişə, bu bir səhvə peşimanəm mən.
Bir nigah ilə gözün aləmə min fitnə salıb,Bu necə fitnəvü cadudu ki, heyranəm mən?
Ey güli-qönçə, cəfavü sitəmindən daimBülbülasa çəməni-eşqdə giryanəm mən.
Vahid, ümmidi-vüsalilə xoşam cananın,Ta o gündən ki, əsiri-qəmi-hicranəm mən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-dilbera-atesi-esqin-ile-suzanem-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəm çəkmə, bülbülüm, güli-xəndan bizimkidir,Gəldi bahar fəsli, gülüstan bizimkidir!
Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidirDemə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir,Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Mən istəyən gözəlin saçları ipək kimidirMən istəyən gözəlin saçları ipək kimidir,Üzü çəməndə açılmış qızıl çiçək kimidir.
Sanma, könlüm bu çəmənzardə xürrəm kimidirSanma, könlüm bu çəmənzardə xürrəm kimidir,Yarsız aşiqə cənnət də cəhənnəm kimidir.
Başqa şairlərin şeirləri · Eşq
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ney tək nəvayə gəldi yenə, tutdu nar dilNey tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?