Sanma, könlüm bu çəmənzardə xürrəm kimidir
Sanma, könlüm bu çəmənzardə xürrəm kimidir,Yarsız aşiqə cənnət də cəhənnəm kimidir.
Açılır, zülfün açıldıqca tutulmuş könlüm,Zülfünü görmədiyim gün mənə matəm kimidir.
Yıxdı min aşiqi-biçarəni, bir qəmzən oxu,Mərhəba gözlərinin şəstinə, Rüstəm kimidir.
Özünü qaşlarının taqinə bənzətmək üçünYeni ayı fələkin indiyəcən xəm kimidir.
Gözəlim, lalə yanağındakı tər qətrələriTəzə gül yarpağı üstündəki şəbnəm kimidir.
Bir fəqir aşiq əgər sevgili cananı iləTuta mey camını əldə, o elə Cəm kimidir.
Dilbərim həmdəm olub qeyr ilə, Vahid, nə qəmim!Qəmi-eşqi mənə hicran günü həmdəm kimidir.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sanma-konlum-bu-cemenzarde-xurrem-kimidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçən şəb, Nuriya, könlüm pərişan oldu, bildinmi?Mənə vəsli-nigarım döndü hicran oldu, bildinmi?
Verdi şəmşiri-qaşın qətlim üçün fərmaniVerdi şəmşiri-qaşın qətlim üçün fərmani,Sanki məhbusinə sultandır, edər divani.
Görən mehrabi-qaşın istəməz taqi-kəlisaniGörən mehrabi-qaşın istəməz taqi-kəlisani,Şikəst eyləyib hüsnün müshəfi-İncili-İsani.
Bilməm, nə çarə eyləyim, ol bivəfa məniBilməm, nə çarə eyləyim, ol bivəfa məniEtsin qəbul xaki-dərində gəda məni.
Başqa şairlərin şeirləri · Eşq
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Halalım gedibTa ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
EtirafSən şahsan, sultansan qulundur aləmMənim qulluğa da yoxdur gümanım.