Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir
Demə Məcnuna dəli, bəlkə də, Leyla dəlidir,Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zindanə,Qoydu rüsvalığı aləmdə Züleyxa, dəlidir.
Eşq zəncirinin iftadəsi bir mən deyiləm,Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.
Sarılır çiyninə, gah boynuna, gah qamətinə,Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir.
Bir vəfasız gül üçün naləsi dünyanı tutub,Aşiqin qəlbi kimi bülbüli-şeyda dəlidir.
Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur,Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir.
Əl götürməz bu qara gözlülərin zülfündən,Hər yetən zənn eləyir Vahidi, guya dəlidir.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-deme-mecnuna-deli-belke-de-leyla-delidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məşuqə gərçi aşiqənazü itab edər,Aşiq şikayət eyləməz, hər cövrə tab edər.
Aşiqin görcək rəqib ilə səni fəryad edərAşiqin görcək rəqib ilə səni fəryad edər,Rəsmdir, bülbül gülü xar ilə görsə, dad edər.
Ey gözüm, aləmi-insanlığa məhrəmsən əgərEy gözüm, aləmi-insanlığa məhrəmsən əgər,Sakit ol məclisi-meyxanədə, adəmsən əgər.
Zülfünə naz ilə hərdəm o pəri şanə çəkərZülfünə naz ilə hərdəm o pəri şanə çəkər,Könlümü bənd edib ol zülfi-pərişanə çəkər.
Başqa şairlərin şeirləri · Eşq
Bir gözəl sevəsən boyu tamaşaGörən kimi könül ona bənd ola.
Yalvara-yalvaraGül üzlü yar bəyənmişəm.Nazın çəkmək olub peşəm,
Mişkatu-l-ənvarEy düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür