Aşiqin görcək rəqib ilə səni fəryad edər
Aşiqin görcək rəqib ilə səni fəryad edər,Rəsmdir, bülbül gülü xar ilə görsə, dad edər.
Lütf edib, ey sərvi-qədd, ruhim, xilas et cismdən,Şahi-adil həbsdən məhbusini azad edər.
Qan olur bülbül kimi bağrı şikəstə aşiqin,Har zaman kim gülşən içrə ləli-nabin yad edər.
Naz ilə qılsa xuram eşq əhlini ol ahuvəş,Şəksizdir kim, dalınca gəzdirib, səyyad edər.
Gəlsə bir dəfə xuramə ol qəddi-sərvi-rəvan,Həşri-kübradən əlamətlər yəqin bünyad edər.
Qeyz ilə qılsa nəzər bir dəfə əhli-aləmə,Bu cahan mülkün nigahi-tünd ilə bərbad edər.
Vahida, bifəhmli bilməz kəlamin qədrini,Necə hikmət bilməyənlər hikmətə irad edər!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-asiqin-gorcek-reqib-ile-seni-feryad-eder
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məndən, könül, o nazlı nigarə nə dedin bəs?Çəkdin o güləndamı kənarə, nə dedin bəs?
Boynuma keysulərin ol şux zəncir eyləmişBoynuma keysulərin ol şux zəncir eyləmiş,Qətlimə əbrulərin cəllad şəmşir eyləmiş.
Bülbülün naleyi-cansuzuna bais gül imişBülbülün naleyi-cansuzuna bais gül imiş,Gülə həm aşiqi-sərgəştə olan bülbül imiş.
Mən bilməmişdim, istədiyim qeyrə yar imişMən bilməmişdim, istədiyim qeyrə yar imiş,Əvvəl vəfalı, axırı bietibar imiş!