Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Hər aşiq öz istəklisi eşqində yanırdı,Pərvanə idi, şəmi-şəbi-tar idi, bir mən.
Bülbül gülə, gül bülbülə min naz eləyirdi,Bir kəs yox idi, ol güli-bixar idi, bir mən.
Göylər də həsəddən bizə baxdıqca yanırdı,Dövrəmdə gəzən sabitü səyyar idi, bir mən.
Görsəydi, rəqibin gözü qəmdən çıxacaqdı,Mən məst idim, ol gözləri xummar idi, bir mən.
Bir çeşmə kənariydi, qədəh lalətək əldə,Canan özü saqi meyi-gülnar idi, bir mən.
Öz sirrimi əğyarə nə yaxşı deməmişdim,Düşdü elə bir yer də ki, əğyar idi, bir mən.
Vahid, yanıram xatirə gəldikcə bu aləm,Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gulsende-idim-seyrde-bir-yar-idi-bir-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə vuruldu könül zülfi-yarə, öz qəmi kəm,Kəməndə düşdü bu məcnun dübarə, öz qəmi kəm.
Sevmişəm mən səni, ey şux, peşiman deyiləmSevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.
Gözəlim, sən görən ol aşiqi-nalan deyiləmGözəlim, sən görən ol aşiqi-nalan deyiləm,O xumar gözlərə bundan sora heyran deyiləm.
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
Başqa şairlərin şeirləri · Eşq
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Sevə bilərimsə...Ancaq məhəbbətçün yaranmışam mən,Alammaz əlimdən bu haqqı kimsə.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...