Heyf, bir bilmədin, ey gül, dili-zarımda nə var!Eşqimin sirri nədir, eyləyə bilməm izhar.

Qana dönmüş ürəyim axtarır hər yerdə səni,İmtahan etmək üçün sinəmi aç, qəlbimi yar!

Qorxuram, şanə dəyər könlümə, zülfündə gəzir,Eşq sərgəştəsinə qoyma, toxunsun əğyar.

Tərləmiş gül kimi gördüm səni biganə ilə,Xəstədir könlüm o gündən, gözəlim, leylü nəhar.

Aşiqin görməsə rüxsarini, baxmaz çəmənə,Nə qədər laləvü gül açsa, min il olsa bahar.

İldırım sürəti var tiri-nigahında məgər?Maili-eşqin olan hüsnünə baxdıqca yanar.

Vahidəm, naz ilə gəl bir belə incitmə məni,Nola bir dəfəlik al canımı, qəmdən qurtar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq