Dal dala
Gözəllər sultanı, mələklər şahı,Şahmar zülfün nə tökübsən dal dala!Boyun sərv üstündə budağa bənzər,Mürgi-ruhum uçar qonar dal dala.
Geydim qəm libasın yasın içində,Gələcək Nəkreyin ya sin içində.Doxsan min kəlmədə, “Yasin” içindəNeçə yerdə müttəsildi “dal” “dal”a?
Dərs almışam, oxumuşam hər aya,Bayram ayı demək olmaz hər aya.Şahlar şahı, özün yetiş haraya,Mən yalqızam, düşman verib dal-dala!
Billəm, eytac deyil sənə mal indi,Geyibsən qəddinə, Sənəm, al indi.Can alansan, canım, sənəm, al indi.Əzrayılın çəngəlindən daldala.
Ələsgər, əlindən getdi buta yar,Huşum çaşıb, ağlım olmaz, büt, əyar†.Sinəm qoydum müjganına buta, yar,Əsirgəmə, at oxların dal-dala.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-dal-dala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
دیدم به بزم عاشقان شب عنبر تر سوخته
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Qəlb pünhan olsa da, yüz qanlı peykan onda varAçmamış bir qönçədir, gülbərgi-pünhan onda var.