De bir üz, bir üz
Səndən ötrü ömrüm barın becərdim,Mübarək dəstinlə de bir üz, bir üz!Ölüb bu dünyadan həsrət gedirəm,Qoysan üzüm üstə de bir üz, bir üz!
İpək nazbalışa Mina dayandı,Həcər nalə çəkdi Minada, yandı.Həsrətindən dərdim minə dayandı,Sən gəlsən, əysilər de bir üz, bir üz.
Bayqu həsrət çəkdi, yara yetmədi,Təbib neştər vurdu, yara yetmədi.Yazıq Ələsgər, əlin yara yetmədi,Çalxan qəm bəhrində, de bir üz, bir üz.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-de-bir-uz-bir-uz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Bir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Ey zavallı bəşərƏlinlə təng qıldın başına bu enli dünyanı,Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.
Qürbət bayatılarıMus: Oqtay Kazıminindir*Qürbətdə ürəklər yarpaq kimidir,
HəsrətliyəmBir ağır yük daşıyıram,Möhnətliyəm, möhnətliyəm.