Ömrüm ah-vay ilə keçdi dünyada,Həsrət qaldım, əlim yara yetmədi.Neçə namə yazdım canan elinə,Heç birisi o diyara yetmədi.

Nə doyunca nazlı yarı görmədim,Nə dilimlə əhvalını sormadım,Bağ bəslədim, qönçə gülün dərmədim,Xəzan oldu, bağçam bara yetmədi.

Dağların köysündə qar nişanası,Gül üstə görünür xar nişanası,Ölürəm, qəlbimdə yar nişanası,Gözü yolda, intizara yetmədi.

Gözü yaşlı, ey füqəra Ələsgər,İşi əysik, baxtı qara Ələsgər,Olmadı dərdinə çara, Ələsgər,Həsrət əlin o dildara yetmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq