Sidq ilə tutmuşam, çağırram səni,Xeybərin qalasın alan, ya Əli!Hər kim ayırarsa yarı yarından,Elə tacü taxtın talan, ya Əli!

Aslan olub, merac yolunda yatan,Əbu-Cəhlin daşın havaya atan,Xurma lifəsiylə barmağın çatan,Ağ devi zindana salan, ya Əli!

Ələsgərə nişan verən almanı,İslam edən Qənbər ilə Salmanı,Musaya öyrədən Turda kəlməni,Cəbrayıla ustad olan, ya Əli!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri