Bu nə adətdir, ey türki-pərizad
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bu nə adətdir, ey türki-pərizad,Qəmindən olmadım bir ləhzə azad.
Siyəhdil gözlərin qan tökmək üçünÇəkibdir tiğini manəndi-cəllad.
Bu bidadı mana eşqin qılıbdır,Cahanda qılmadı Nəmrudü Şəddad.
Rəvamı, könlümün şəhrində səndənFəraqü qüssəvü qəm tutdu bünyad.
Gəl, ey Şirindəhən, eşqin yolundaMənəm ol kuhkən biçarə Fərhad.
Nəzər qılgil bu viran könlümə, şah,Qılır sultan olan viranı abad.
Bir eyü ad edin fani cahanda,Ululardan cahanda qaldı bir ad.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsiminin kəlamından eşitgil,Vəfasızdır cahan, sən qılma bidad.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-bu-ne-adetdir-ey-turki-perizad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!Qıl kimi cismim mənim əz dərdi-hicran oldu, gəl!
Gə, gə, gə, gəl ki, seviram sə, sə, sə, sən mehi-ÇiniGə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən mehi-Çini,Za, za, za, zar oluban mən çə, çə, çə çən, çend nişini.
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlümGəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsizGəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,Odundan acı hicranın su oldum, axaram sənsiz.