Xilqətdə sənintək, gözəlim, can ola bilməz
Xilqətdə sənintək, gözəlim, can ola bilməz,Əxlaqı gözəl, sevgili canan ola bilməz!
Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,Bir gül hələ də sən kimi xəndan ola bilməz!
Minlərcə gözəllər yetirir gündə təbiət,Amma sənə bənzər gözəl insan ola bilməz!
Yüzlərcə əgər hüsnünə adam ola heyran,Bir kimsə mənimtək sənə heyran ola bilməz!
Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,Rəftarinə, əxlaqinə nöqsan ola bilməz!
Hürriyyətə, insanlığa layiq səni gördüm,Hər kəs səni sevmişsə, peşiman ola bilməz!
Öz aşiqinin naz ilə qan eyləmə könlün,Hürriyyət olan yerdə könül qan ola bilməz!
Hər xoş görünən kimsəyə aldanma heyifsən,Hər xoş görünən kimsədə vicdan ola bilməz!
Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,Vahid kimi eşqində qəzəlxan ola bilməz!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-xilqetde-senintek-gozelim-can-ola-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevmişəm mən səni, ey şux, peşiman deyiləm,Səndən əl çəksəm ölüncə əyər, insan deyiləm.
Gözəlim, sən görən ol aşiqi-nalan deyiləmGözəlim, sən görən ol aşiqi-nalan deyiləm,O xumar gözlərə bundan sora heyran deyiləm.
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
Tale mənə yar olmasa, mən neyləyə billəm?Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
Başqa şairlərin şeirləri · Eşq
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qəzəl: Vəfa məğzi nə mümkündür ola hər baş arasındaVəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında
De bir üz-bir üzVaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.
Faş etdi göz yaşım bu nihan razi ellərəFaş etdi göz yaşım bu nihan razi ellərə,Əfsanə tək cahanda məni saldı dillərə.