Vəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında

O qaşilə gözün fikri mənim könlümdə pəyvəstə,Əlifdir katibi-qüdrət çəkibdir qaş arasında

Tutubdur səxt yer könlümdə bir gülçöhrənin mehri,Necə kim müstətirdir od şərari daş arasında

O qaşilə gözün axır könül sirrini faş etdi,Xətadır qan işi tutmaq yaman yoldaş arasında

O bəzm içrə kim ol xunxar içib mey zövq edər, mən həm,Olaydım xuni-dil birlə o bəzmin, kaş, arasında

Nişata, açma kakildən daxi bir sozişi-hicran,Ki kəc sərriştə bicadır, demək pərxaş arasında

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq