Bizim bağın barı mən,Arzularam yarı mən.Eşq özü də bir candı,Yarı sənsən, yarı mən.

Dağdan qarı xəbərsiz,Bağdan barı xəbərsiz.Yar çəkdirən dərdlərdən,Qoca Tanrı xəbərsiz.

Axar su ləkə bilməz,Dərdi gül çəkə bilməz.Yar sındıran könülü,El-oba tikə bilməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq