Keçib gedəcək
Keçib gedəcəkdibu ağrı-acı,bir vaxt olmayacağamxoş gün tamarzısı,kömək möhtacı.
Mən sürət götürmüşbir qatar kimigecədən, gündüzdən keçib gedərəm.Tale üşütsə dəMəni qar kimi,ömrü şərbət kimi içib gedərəm.
Rels qurtaran yerdəhələ aşa-aşagedərəm bir az.Özüm öz əl-ayağımadolaşa-dolaşa gedərəm bir az.
Sonra sükut adlı bir uçurumdanə havadan tutar,nə də qanad çalar,süzər xəyalım,Sərilər zamanın axarı üstəözü istəmədən üzər xəyalım.
Adım geyilməkdən,sözüm yeyilməkdən,
qapım döyülməkdən qurtaracaqdı.Keçib gedəcəkdibu ağrı-acı.Qoluma girəcək xatirələrim.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-kecib-gedecek
← → düymələri ilə keçid, R — təsadüfi şeir