Mən Məcnunam, sən Leylisən,Məndən bir az gileylisən,Sən brilyant meyllisən,Mən maaşla yaşayıram.

Danışıb vermirsən aman,Söhbətimiz tutur yaman,Sən “maşın al” deyən zamanMən başımı qaşıyıram.

Dilin açır səni hər anDayan gülüm, daha dayan!Mən səni heç almamışdanTanımışam, boşayıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri