Neyləyirəm yoxmu, varmı o dünya?Əgər yoxsa, var deməkləvar olarmı o dünya?Bir də qoca dünyadaHər bir şeyin tərs üzü var.Gecələrin gündüzü var,axşamların səhəri.Qurd özünü dəfn eləyirbaramanın içində.Sonra nədirbaramanı deşib çıxanKəpənəyin səfəri?Tutaq ki, heç olmayacaqÖmrümüzün tərs üzü.Qurdalaya-qurdalayasöz etməyək hər sözü.Heç ölərmi insan adı?Heç ölərmi insan səsi?Ölənlərin xatirəsiSinəmdəki bir dünyada yaşadı.Bir də belə lap açığı“Öldü” demək istəmirəm,“Getdi” demək yaxşıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm