Kimlərə od qoydun bu gözlərlə sənNə qədər adamlar yanıb-yaxılıb.Sən elə gözəlsən, elə gözəlsən,Sənə vurulanın evi yıxılıb.

Xəzəl altda su tək gizlin axmağım,Kölgənə sızmağım doğrudur, haqdır.Mənim oğrun-oğrun sənə baxmağımPayızda baharı xatırlamaqdır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar