Əgər olmasaydın
Dünyaya gəlməsəydinYenə tapardım səni.Gündən, sudan, torpaqdanYoğurub-yapardım səni.Gözlərinin nurunuAl günəşdən sağardım,Nəfəsinin ətriniÇiçəklərdən yığardım.Bulaqlardan yığardımSözlərinin tamını.Gözünə rəng edərdimBizim geniş çöllərinƏn qərib axşamını.Səni yaratmaq üçünÖlüm lazım olsaydı,Deyərdim yüz yol ölüm.Dünyaya gəlməsəydin,Sənsiz dünyada nə var,Mən də gəlməzdim, gülüm.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-eger-olmasaydin
← → düymələri ilə keçid, R — təsadüfi şeir