İlk bahar
Nəğmə sərgisidi bahar bayramı,Sevinclə, sevgiylə boyanıb üzlər.Elə bil söz qoyub bu bahar hamı“Evdə oturmayaq gərək gündüzlər”.
Gözəl kölgələri geyinir yollar,Mehriban baxışdan uzanır, qalır.Gecəni sübhəcən öyünür yollarGöydə ulduz yolu sozalır, qalır.
Torpağın nəfəsi dəyir üzümə,Yarpaq tumurcuqdan qışqırır, baxır.Elə ki sataşır gözün gözüməÜrək əsgər kimi salama qalxır.
Dodaqlarda alov, gözlərdə ocaq,Bu yağan yağışdı, güldü, çiçəkdi?Daşa sığal çəksən, daş oxuyacaq,Dağa salam versən, kövrələcəkdi.
Elə mehribandı təbiət, həyat,Buz utana bilər, buz gülə bilər.Bu torpaq altında bu gün, bu saat,Min ilin ölüsü dirilə bilər.
Havalı başımda bu sevgi hardan?Ürəyimdə ağrı, gözlərimdə qəm.Subay çıxa bilsəm bir bu bahardan,Sonra ömrüm boyu mən evlənmərəm.
Bahar özü ilə nələr gətirdi,Rəngi səsə dönür gülün, gülzarın.Havası nəğmədi, suyu ətirdi,Nəfəsi sevgidi bu ilk baharın.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-ilk-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Ey yazıqTa ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın