Mən özüm də bir yazıyam,Taleyin yazdığı yazı.Mən baxtımdan çox razıyam,Ömrün nə çoxu, nə azı.

Olan olub, keçən keçib,Əkən əkib, biçən biçib.Mənim köçüm çoxdan köçübDaraqla darama dazı.

Tanrı başı qəlib verib.İçini də gülüb verib.Tale özü bölüb veribKimə zuyu, kimə sazı.

Sən axmaqsan öyənin var,Kürəyinə döyənin var,“Vur, gəlirəm” – deyənin var,Pazla çıxardırlar pazı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale