Güllərin nə günahı
Bir yol görən, min yol dönüb baxardı,Bu güllərin vaxtı vardı, əzizim.Güllər bizi yandırardı, yaxardı,Deyərdik ki, səma bizim, yer bizim.
Gül qönçəyə sığmayırdı elə bil,Ruhum, canım sığmayırdı içimə.Eşidirdim nə deyirsə gülə-gül,Yüklənirdim küləklərin köçünə.
Səhər-səhər bu güllərin yanından,Yollarımız asimana gedirdi.Alışırdım əlvan ipək donundan,Məşəl kimi yana-yana gedirdik.
Bu güllərin vaxtı vardı, əzizim...Eh güllərə niyə böhtan atırıq.Gül görməyə vaxt vardımı, əzizim.Qaçhaqaçla işə ancaq çatırıq.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-qoca-gullerin-ne-gunahi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
ای صبا آنچه شنیدی ز لب یار بگوعاشقان محرم رازند نه اغیار بگو
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Ay ŞəkərFəsli-tabistanda bağü bostandaNovrəstə cavanım, gülüm, ay Şəkər!