Gözlərini yumubGizlənmə özündən.Özündən aşağıda özünsən.Əlinin altında üzündü,Üzünün altındaGizlətmək istədiyin üzündü.İçində öz gözün görür səni,Sənə üsyan öz içindəndi,Öz içində qışqırır bu sual.Əllərini yanına sal.Öz əllərinə cavab ver.Öz gözlərinə, üzünə,Əməllərinə cavab ver.Ya istəyirsən yolun ortasındaGünün günorta vaxtı cavab ver.Ya da istəyirsən tək-tənhaQaranlıq bir otaqda cavab ver.Fərqi yoxdu, cavab ver!İlan qabıq qoyan kimiDərindən çıxsan daDərdindən çıxa bilməyəcəksən.Gözlərini geniş açıbÖzün-özünü görəsən gərək.Özün-özünəCavab verəsən gərək.Özün-özünü qovasan,İzləyəsən gərək.Ürəyinin astarınıYuyub təmizləyəsən gərək.Gərək çalışasan ömrün boyunca.Gərək ölməyə də ixtiyarın olmasınYaşayıb günahını yuyunca...Qalx ayağaÜzünü gizlədib sızıldama, əzizlənmə,Gözlərini yumubÖzündən gizlənmə,Qalx ayağa!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri