Tökül, ey dağ çayı, uç qayalarda!Sonra şırıldayıb ax çəmənlərdən.Tökül, ey dağ çayı! Olsam da hardaDaima səsini qoy dinləyim mən.

Tökül, ey dağ çayı, uç qayalarda!Həyat ver otlara, bu çiçəklərə.Qoyma bir insanı, bir dostu darda, –Çilə öz suyunu sən ürəklərə!

Tökül, ey dağ çayı, uç qayalarda!Baxım şırıltına durub bu yerdə,Könül sızlamasın qoy intizarda, –Gələnlər, gəlməyir dünyaya bir də!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar