Ata və oğul
Atam mənim papaqçıydı...Varı-yoxu bir qəlibdi,Bir də iynə.Gecə-gündüz bunlar olduÇatan onun köməyinə.O bir qəlib,O bir iynə!Yazıq kişiYazıq atam!..Ömrü boyu əllərininZəhmətini sata-sata,Dəzgahının arxasındaDaim tərə bata-bata,İşləyərək bütün günüBir iynəylə daşıdı o,Öz ömrünün daş yükünü!Nə dünyadan oldu halı,Nə də bildi nədir zaman,Hardan gəlib, hara gedirÇaylar kimi axan insan?Amma yazıq heç etmədiTaleyindən bir şikayət,Dedi: Tanrı belə yazıbBəxtimizi bizim, əlbət!Çörək dərdi, uşaq dərdi,Paltar dərdi çəkdi müdam,Ömrü belə oldu tamam.Yazıq kişi,Yazıq atam!..
Atam mənim papaqçıydı,Mən şairəm – onun oğlu!Hər istəyim hər amalımGünəşli bir sözlə dolu,Mən şairəm – onun oğlu!Bu adi bir peşə deyil...Bu ən ağır bir zəhmətdir.Mənim eşqim bu dünyaya,İnsanlara məhəbbətdir.Çörək dərdi, uşaq dərdi,Paltar dərdi, bilmirəm mənBelə şeylər umma əslaGünəş boyda bir taledən.Əməllərdə, döyüşlərdəAxtar bunun sən kökünü.Bir iynəylə çəkmək olmazKarvanımın bu yükünü!Yerə-göyə olub həmdəm, –Buna ürək tab gətirər,Bir də qorxmaz iti qələm,Yerə-göyə olub həmdəm.Mən əsrimin öz oğluyam,Zaman mənim qardaşımdır!Harda yansa al bayraqlar, –Onlar mənim sirdaşımdır.Mən azadlıq nəğməkarı,Şinel geymiş sənətkaram:İnqilabın səngərləriHarda olsa, nə vaxt olsa,Bilin, orda mən də varam!Mən də varam!Mən də varam!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-ata-ve-ogul
← → düymələri ilə keçid, R — təsadüfi şeir