SənUçurum döşündə,Daşların arasındaBitmiş bir bənövşəsən.Mən isə sənə sarıTəbəssümlə, kədərləUzanan həsrətli əl!..Ətrin dağların ətri,Rəngin mənim sevdiyimBu göylərin rəngi tək!Üstündə günəş deyil,Mənim qəlbimdir yanırMəhəbbət çələngi tək.Hər gün çıxıb bu dağa,Dururam intizarlaHüsnünə baxa-baxa.Uzadıram əlimi –Gözlərimdə bir ümid,Əlim sənə yetməyir!..Nə zamandır, əzizim,Bu işgəncə, bu əzabTükənməyir, bitməyir!..Qəm yükünün altındaƏymə, sən də boynunu,Heç sevmirəm mən bunu!Məhəbbət çətin işdir!..Kim deyir dünyada o,Bir yuxudur, cənnətdir?..Sənə yetmək – ölümdür,Yetməməksə, sevgilim,Əbədi fəlakətdir!Mən qorxuram, qoy olsun!Məhəbbətsiz həyatımDönəcəkdir bir heçə.Sənə yetib... sonra daOrda hünərlə ölməkDaha gözəldir, məncə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri