Şair olmaq istədim mən...Əynimdə boz, köhnə şinel,Dörd yanımda ölüm və qan,Məni əsgər etdi zaman!..Şair deyil, əsgər oldum...Tarixlərə əsgər kimiYazılacaq mənim adım,Mən bu adı daşımaqdanYorulmadım, usanmadım.Bu ad mənim şöhrətimdir!Bu ad mənim qüdrətimdir!..Şair deyil, əsgər oldum...Ömrüm boyu səngərlərdəKeçə-keçə od içindən:– Bu yaxşıdır! – dedim bəzən.Əsgər oldum bu susmayan,Qasırğalı və tufanlı,Daim belə dəliqanlı20-ci əsrimə mən!Süngü-mənim qələmimdir!Cəbhələrdə yağılarınOrdusunu poza-poza,Öz şeirimi mən onlarınSinəsinə yaza-yazaYollar açdım səadətə,Yollar açdım ilk bahara –Əsarəti, fəlakətiBoğazından çəkib dara!Qulluq etdim mən əsriməHər gün mahnı deyə-deyə;Bəzən onun kürəyinəZopa ilə döyə-döyə!..Şair deyil, əsgər oldum...Əsgər oldum Vətənimə,Əsgər oldum partiyama,

Əsgər oldum yaraşıqlıVə möhtəşəm bu dünyama!Qılınc vurub qorudum mənAzadlığı, səadətiUlduzdakı gözəlliyi,İnsandakı məhəbbəti.Mən qorudum səhərlərinDöşündəki bu gümüşü,Mən qorudum körpələrinÜzündəki bu gülüşü;Mən qorudum qardaşlığı,Ülviyyəti qorudum mən;Zamandakı bu sürəti,Kamaldakı bu mənanı,Bu vüsəti qorudum mən!..Bu iş uzun çəkəcəkdir!..Səngərdə də məzuniyyət,İstirahət yoxdur mənə!..Əgər ölsəm... Dostlar, nə qəmSabah qalxıb, bu dünyayaYenə əsgər gələcəyəm!..Şair olmaq istədim mən...Əynimdə boz, köhnə şinel,Dörd yanımda ölüm və qanMəni əsgər etdi zaman!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri