Hacıkənd, Sarı yal, hardasınız siz?
Hacıkənd, Sarı yal, hardasınız siz?Hardasan, hardasan, Armudlu bulaq?Mən deyib-gülmədim dünyada sizsiz,Dururmu o meşə, dururmu o dağ?
Dururmu göy tala? Bizim boz çinarYenə kölgəsini ora salırmı?Yaddaşdan silinməz dostluq, etibar,Məni keçənlərdən xəbər alırmı?
Sarı yal! Üstümə tök çiçəyini;Yağdır yağışını sən də, Hacıkənd!
Şeirim orda qoyub öz ürəyini,Sizindir yazdığım hər kəlmə, hər bənd.
Axıt sinəm üstdən, axıt suyunu,Mənim köhnə dostum, Armudlu bulaq?Göstər, ey boz çinar, görüm boyunu,Qoy hicran çəkməsin sinəmizə dağ!
Belə bir qanun var, unutmayaq biz,Vətənsiz yaşayan ölər vətənsiz!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-hacikend-sari-yal-hardasiniz-siz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Duman dağı dolanar,Qiyamət olar.
Nə olurduNə olurdu kor olsaydım, görməsəydim əzəldən,Görməsəydim o doğduğum dərələri, dağları,
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədirEylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!
İntizarım həddən ötdü, gülüzarım gəlmədiİntizarım həddən ötdü, gülüzarım gəlmədi,Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi.