Duman dağı dolanar,Qiyamət olar.Duman yola sallanar,Müsibət olar.Müsibət oluruq biz,Səhv düşəndə yerimiz.

Ümman gəmisi çaydaOturar, üzməz!Çay gəmisi, dağ boydaDalğaya dözməz!Dözümsüz oluruq biz,Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,Buludlar xəsis...Yağış tökür talışaHey-hey gərəksiz...Gərəksiz oluruq biz,Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıbXırçıltı salıb.Qılınc qında pas atıbQında korşalıb...Heyf... korşalırıq biz,Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllərTarlada qabar.Bir qeyrətsiz yekəpərQızıl gül satar.Qeyrətsiz oluruq biz,Səhv düşəndə yerimiz.

Tarın pərdələriniDüzənə qurban!Yerdəyiş et birini,Xaric vurarsan.Xaric səslənirik biz,Səhv düşəndə yerimiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar