Bu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.

Balaca, bəstəboy,Lap cantaraq çoxŞirin, gülərüz çox,Qaraqabaq çoxKifir, yaraşıqlı,Qara çox, ağ çoxÖküz çox, tülkü çox

Uzunqulaq çox...Həm ağıl dəryası,Həm balqabaq çox...Adam görməmişik? vəhşiyik, nəyik?Yaxşı adamların həsrətindəyik...

Adamlar qaynaşırQarışqalar tək,Ürək donur buz tək,Əriyir qar tək,Kimi qarlı qış tək,Kimi bahar tək.Tale ayrı şeydir,Qismət ayrı şey,Xasiyyət ayrı şey,Xislət ayrı şey,Gəlhagəl ayrı şey,Şöhrət ayrı şey,Biz başqa söhbətin hikmətindəyik,Yaxşı adamların həsrətindəyik.

Nisbidir həm yaxşı,

Nisbidir həm pis.Ancaq nisbi deyil,Nə qızıl, nə mis.Ancaq nisbi deyil,Cins ilə nacins.Gəzirik xalisi,Gəzirik xası.Nə baş ağrıdım ki,Sözün qısası,Biz ayrı sövdanın xiffətindəyik,Yaxşı adamların həsrətindəyik.

1989.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran