Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi,Bülbülasa ol ləbi-qönçə misalın aşiqi.

Məscidü mehrabə baş əyməz, yəqinimdir, əgərOlsa zahid taqi-əbruyi-hilalın aşiqi.

Neylər ol kəs sünbülü gülzarü səbzü danəni,Ola gər ruxsarü zülfü xəttü xalın aşiqi.

Gün düşüb hər gün ayağın altına eylər sücud,Sayeyi-qəddinlə olmuş payimalın aşiqi.

Mahi-nov yetməz təmamə görməyincə gün üzün,Kəsbi-nur istər, olub rüxsari-alın aşiqi.

Nola, gər hicrində olsa könlümüz dərdə düçar,Ahü zar eylər, olub bəzmi-vüsalın aşiqi.

Vahidə eyb etməyin dərvişə olsa aşina,Əhli-hal olsun gərəkdir əhli-halın aşiqi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq