Sanma, ey dil, hünəri növi-bəşərdən xali,Ehtiyat et, deyil heç kimsə hünərdən xali.

Doğmamış madəri-əyyam hünərsiz bir zat,Gəlməmiş dəhrə nə bir mərd təpərdən xali.

İftira eyləmə haqqında hünər sahibininKi, deyil əhli-hünər məddi-nəzərdən xali.

Sahibi-əqlü hünərdir hərə öz qədrincə,Bir nihalıq demə biz, hiç səmərdən xali.

Salik ol, gümrahə yol göstər, əgər arifsən,Olsa hər kəs, tut əlin rahi-kədərdən xali.

Nəqd sərmayəsin, əlbəttə, verir yəğmayə,Pasiban gər ola gəncineyi-zərdən xali.

Vadiyi-cəhlə qədəm qoyma, taparsan afət,Filməsəl bəhr olamaz xovfü xətərdən xali.

Bu hünərdən deyil, aləmi atəş bürüyüb?Bir gün olmaz, ola kim dərh şərərdən xali.

Bir dəm insaf ilə bax, açma hüsudanə gözün,Elə mirati-dilin jəngi-kədərdən xali.

Vahida, tuli-kəlam eyləmə çox, saxla dilin,Sözü az et, olasan, bəlkə, zərərdən xali.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri