Bəladəyəm, gözəlim, dərdi-eşqinə düşəli,Əlacı səndədir, ey nazəninlərin gözəli!

Görəndə gül üzünü əndəlib olan könlün,İnan, gözəlləşir hər ümidi, hər əməli.

Mənim məhəbbət ilə, eşq ilə yox idi işim,Məni sən etdin əsirin o gül üzün görəli.

Həyatım, işrətim ancaq sənin xəyalındır,Həyalı aşiqinəm, sirrimi kimə deməli?

Mənə yolunda sənin tənə eyləyən çoxdur,Əgər vəfa ola, batmaz bizə rəqibin əli.

Dayan bir az da, gülüm, səbr qıl, görək nə olar,Əlac səbrdədir, səhl sanma bu məsəli!

Unutma Vahidi, diqqətlə bax, bu şeri oxu,Bizim bu sevgiyə bir yadigardır qəzəli.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq