Olsa hər kim, sevgilim, hüsnü cəmalın qaili
Olsa hər kim, sevgilim, hüsnü cəmalın qaili,Olmaz aləmdə, inan gülzari-cənnət maili.
İndi ki, rəna gözəllər can alırmış naz ilə.Bilmirəm, tanrım neçin xəlq eyləmiş Əzrayili?!
Tutdu ol zülfi-pərişan dövri-ruyin yarımın,San bulud olmuş fələkdə tazə ayın hayili.
Cənnəti-əlanı sevməz, hurü qılman istəmez,Bu pərilər eşqinin hər kəs ki, olsa naili.
Məndən ikrah eyləmə, vəslin təmənna eyləsəm,Padişahım, rəhm qıl, qovma qapından saili.
Məsti-mey gördükdə zahid tən edir aşiqlərə,Faili-muxtar olan hər karın olmuş faili?
Kuyi-cananda yenə nəzr etdi Vahid canını,San Mina dağına çəkmişdi Xəlil İsmayili.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-olsa-her-kim-sevgilim-husnu-cemalin-qaili
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoy mənə kuyində yer biganə ancaq verməsin,Can sağ olsun, sevgilim, sən yaxşı ol, sağ verməsin.
Ey könül, gəl razı olma, yarı əğyar istəsinEy könül, gəl razı olma, yarı əğyar istəsin,Bülbülü xar eyləmə, qoyma gülü xar istəsin.
Qəm çəkmə, könül, qoy canalan can özü gəlsinQəm çəkmə, könül, qoy canalan can özü gəlsin,Min naz edən ol sevgili canan özü gəlsin.
Mən vermişəm öz könlümü yarə, özü bilsinMən vermişəm öz könlümü yarə, özü bilsin,İstər eləsin hicrilə yarə, özü bilsin.
Başqa şairlərin şeirləri · Eşq
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Ey qönçeyi-firdovs, ləbin bikəmü keyfEy qönçeyi-firdovs, ləbin bikəmü keyf,Yüzünə birar xali-vəfa yoxluğu heyf.
İsmi pünhan, neçin belə sınıqsanİsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi