Salmış olsa gər nəzərdən, zülm ilə gül bülbüli,Yad qılmaz gülşən içrə bir zaman bülbül güli.

Gəl qiyamə, xalqa bərpayi-qiyamət zahir et,Sərvdə yox sən kimi hərgiz qiyamət hasili.

Zahidi-bizövq etmiş nuş qəflət badəsin,Vacib oldu eyləmək huşyar öylə qafili.

Əhli-qalə çərxi-dun daim inayətlər edir,Eyləyir yüz min cəfa, gər görsə bir əhli-dili.

Ey könül, sevdayi-eşqə düşmə, canından saqın,Eşq bir bəhri-girandır kim, görünməz sahili.

Vahida, Məcnunmisal aşiq görüb hər kim səni,Boynuva zəncirvəş keçmiş o şuxun kakili.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq