Dağıtma gül üzə zülfün ay üzrə halə kimi,Şərabdan bir əsər var ləbində lalə kimi.

Qızarmış arizinə tər əcəb gözəl yaraşır,Nə yaxşı görsənir, ey gül, gül üzrə jalə kimi!

Ləbin xəyali ilə kaş məclisi-meydəGəzəydim əldən-ələ bir qızıl piyalə kimi.

Görəndə qamətini göz yaşım olur cari,Çəməndə payinə sərvin axan şəlalə kimi.

Piyaləm əldə dolu söz açıldı-ləlindən,Məni bu nəşə götürdü meyi-düsalə kimi.

Həvayi-eşq ilə guya ki, bir şikəstə neyəm,Sızıldayır bədənim hər nəfəsdə nalə kimi.

Hədisi-zülfünü, Vahid, haçan ki, şərh elədim,Uzandı məsələ məclisdə bir risalə kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq