Yar üçün nazını çəkmək gərək əğyarlərin,Gül üçün bülbülə min cövri yetər xarlərin.

Məni aludeyi-mey gözləri ahulər edib,Qurtaran varmı əlindən bu xətakarlərin?

Yar idi, saqi idi, cami-mey əldə mən idim,San fələk toplamış öz sabitü səyyarələrin.

Məstlik qəsdi ilə zöhdü vəridən qaçıramKi, gözüm görməyə karin bu riyakarlərin.

Bizi ustadımız Azər, demə, tənqid etmiş,Dəyməmiş piri-muğan qəlbinə meyxorilərin.

Biz günahkarların, mərhəmətə haqqı da var,Keçəcək cürmünü, əlbəttə, günahkarlərin.

Bizi bir cam ilə mey nəşəsi yıxmışsa, nə qəm,Evi abad ola Azər kimi qəmxarlərin.

Əgər ustadımız Azər kimi bir həmdəm ola,Həmdəmi olmaz idim bir para əyyarlərin.

Hanı Yusif, hanı Sabit, hanı Saqib kimi dostKi, ayağın öpüm ol yari-vəfadarlərin.

Dərdi-mey qalsa da, qəm çəkmə ayaq altında,Çıxacaq başına ən rütbəli sərdarlərin.

Vahidəm, məst görərkən mənə çox eyb etmə,Tənəsindən içirəm bəzi dilazarlərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq