Nə faidə
Olma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
Vermə fəqirə, səy elə, yığ bangə pulları,Əhli-səxavət olma, səxadən nə faidə?
Xalqın malını cəhd elə ye, xoş keçirt günün,Qədri-həyanı bilmə, həyadan nə faidə?
Aludə olma məktəbə, dil vermə sənətə,Uyma səfayə, zövqü səfadən nə faidə?
Xəffaş kimi zülmət içində dolan müdam,Əsla ziyanı sevmə, ziyadən nə faidə?
Məzlumə zülm qılmaq ilə ad qazangilən,Kim der cəfanı görmə, cəfadən nə faidə?
Təyyarə ilə çıxma göyə, yerdə ol müdam,Seyri-səmanı qılma, səmadən nə faidə?
Cəhd et, həmişə dəhrdə ahəngər olgilən,Zərgərlik etmə – simü tiladən nə faidə?
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ne-faide
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Könlüm yenə cananın əlindən gilə eylər”,Bülbül nə cəfa çəksə, şikayət gülə eylər.
Çeşmin ki alır naz ilə can, işvəni neylər?Çeşmin ki alır naz ilə can, işvəni neylər?Müjganın oxundan yıxılan şivəni neylər?
Hər kim mənə zülm eyləsə, ey gül, zərər eylərHər kim mənə zülm eyləsə, ey gül, zərər eylər,Bir gün sənə də naleyi-zarım əsər eylər.
Qaşların tiği, gülüm, almaq üçün can istərQaşların tiği, gülüm, almaq üçün can istər,Tökməyə dəhrdə nahaq yerə min qan istər.
Başqa şairlərin şeirləri · Eşq
چه گنج بود که بنهاد یار در دل ما
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri