Ləbinə bənzəməsəydi meyi meyxanələrin
Ləbinə bənzəməsəydi meyi meyxanələrin,Lalərəng olmaz idi çöhrəsi peymanələrin.
Olmasaydı əgər ol şəmi-cəmalın şövqü,Biri düşməzdi yaxın atəşə pərvanələrin.
Topla, zülfün kimi yığ dövrənə aşiqlərini,Qoyma qalsın belə öz başına divanələrin.
Əhli-eşqin bu qədər könlünü incitməz idi,Ruhu olsaydı bu zülf içrə gəzən şanələrin.
Səmti-meyxanəyə nifrətlə uzaqdan baxma,Gəl yaxından nəzər et zövqünə məstanələrin.
Aşiqin dərdinə bir az yenə meydəndir əlac,Yoxsa, kim səbr qılar cövrünə biganələrin?!
Vahid, heç olmasa, dərd yarıdır, aləmdə yenəBizə rəhm eyləsə mindən biri cananələrin.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-lebine-benzemeseydi-meyi-meyxanelerin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.
Dəli könlüm, gözəlim, zülfünə olmuş mailDəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
Haqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmilHaqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmil,Kim yetər isbati-həqqə müshəfi-ruyin dəlil.
Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyilOl deyil aşiq, mənimtək eşqdə rüsva deyil,Ruzü şəb Məcnun olub sərgəşteyi-səhra deyil.
Başqa şairlərin şeirləri · Eşq
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Sərə-sərimiMən qurban eylərəm, “uf” da demədən,Mətləblər anlayan sərə, sərimi.