Atəşi-hicrin edibdir məni divanə kimi,Olmuşam şəmi-cəmalın ilə pərvanə kimi.

Mürği-dil bənd olub, ey dilbəri-üşşaqi-həzin,Görcəgin xalini ruxsarın əra danə kimi.

Tökülüb gül üzünə türreyi-tərrarələrin,Rişteyi-dil ona bənd olmadadır şanə kimi.

Aşiqi-zarına rəhm eyləməsən, tanrı bilir,Baş götürrəm, gedərəm səmti-biyabanə kimi.

Dilbəra, vardı rəqib ilə sənin mərhəmətin,Sorgilən halımı bir dəfə də biganə kimi.

Dolanıb Kəbeyi-kuyində nigarın daim,Sinəmi eyləyərəm ah ilə viranə kimi.

Eşqdən dəm vuran aşiq keçər öz canından,Necə Vahid verib öz canını mərdanə kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq