Zahirin düz görünsə də, amma
Zahirin düz görünsə də, ammaİçərin əyridir minarə kimi.
Günəş ol, kainatı yandırma,Bombalardan çıxan şərarə kimi.
Cəhd qıl xəlq içində yekrəng ol,Ləkə olma ağ üzdə qarə kimi.
Ney kimi nalə etməyin xoşdur,Atılıb-düşmə boş nəğarə kimi.
Bulud olma üzündə dünyanın,Nur saç ay kimi, sitarə kimi.
Heç kəsin ruhun incidib, yorma,Bir para ləngidən idarə kimi.
Vahid, öz xəlqimin mənafeinəİndidən ta varam məzarə kimi!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-zahirin-duz-gorunse-de-amma
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən aləmə minnət çəkirəm yar həvəsində,Yarımsa gəzir şövqlə əğyar həvəsində.
Dün oldum zövqi-meydən eylə kim üftadə bir yerdəDün oldum zövqi-meydən eylə kim üftadə bir yerdə,Özüm bir yerdə düşdüm, məst qaldım, badə bir yerdə.
Keçib daim günüm meyxanələrdəKeçib daim günüm meyxanələrdə,Yəqin bir sirr var peymanələrdə.
Fələk salıbdı məni yüz cəfayə qürbətdəFələk salıbdı məni yüz cəfayə qürbətdə,Gərəkdi səbr eləmək hər bəlayə qürbətdə.
Başqa şairlərin şeirləri
Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
İçə bilmirəmAraz sahilindən yolum düşəndə,Bir an həyəcansız keçə bilmirəm.
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedimEy dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?