İçə bilmirəm
Araz sahilindən yolum düşəndə,Bir an həyəcansız keçə bilmirəm.Nələr olduğunu o biri taydaÇox gözəl bilirəm, necə bilmirəm?!
Eşitsin səsimi bacım, qardaşım,Hicran yollarında ağardı başım.Damır ürəyimə yenə göz yaşım,Gündüzü gecədən seçə bilmirəm.
Özgələr su içir bulaqlarından,Fəryadlar yüksəlir ocaqlarından.Niyə qollarından, ayaqlarından,Paslı zəncirləri aça bilmirəm.
Mənim o sahilsiz həyatım yoxdur,Vüsalından böyük muradım yoxdur.Niyə quşlar kimi qanadım yoxdur,Niyə o sahilə uça bilmirəm?!
Mənə gəl-gəl deyir Təbriz, Miyana,Sən necə baxırsan, Arazım buna!Ürəyim yananda sənin suyunaGöz yaşı qatmasam, içə bilmirəm!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ice-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şan-şöhrətli bir ölkəsən, Azərbaycanım,Əzəmətli bir ölkəsən, Azərbaycanım!
İnqilab baharımızBaharların baharıdır bu inqilab baharımız,Könüllərin vüqarıdır bu inqilab baharımız.
Çörək kimi...Xoşbəxtəm ki, yazıb-pozan şairlərdən biriyəm,İş başında insanların köməyidir şerimiz.
ZeynəbəO axşam verdiyin konsertə söz yox,Bilirsən hamının dilini, Zeynəb!
Başqa şairlərin şeirləri · Vətən
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Dörd yüz on altıMənim yaddaşımdan silinməmişdirsoyuq qış gecəsi, o qarlı ruzgar.
Niyə Azərbaycan dilim-dilimdirBabam!Necə dözdün bu ağrılara
AxundQoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,